Son günlər “Barselona”nın düşərgəsindən bir-birindən maraqlı xəbərlər gəlməkdədi.

İlk növbədə onu vurğulayaq ki, Samuel Yumtiti klubun düşərgəsini tərk etmək niyyətindən uzaqdı. Fransız kluba daxil olan təklifləri gözdən keçirməkdən boyun qaçırır və oynayıb-oynamamasından asılı olmayaraq, müqavilə müddətinin sonuna – 2023-ə qədər komandada qalmaq istəyir.

“Diario Sport” xəbər verir ki, klub rəhbərliyi buna görə dəliyə dönüb. Rəhbərliyin fikrincə, belə davranış yolverilməzdi. “Barsa” qarşıdakı günlərdə müdafiəçiyə mövcud təkliflərlə bağlı bir daha müraciət edəcək. Yox, bu dəfə də imtina edərsə, Laporta ən radikal addım atmağın, hətta müqaviləni birtərəfli qaydada pozmağın tərəfdarıdı.

“Barsa”nın İlayş Moriba ilə bağlı problemindən əvvəlki sayların birində bəhs etmişdik. Gənc ulduz klub rəhbərliyindən artıq 2 yox, 3 milyon avro istəyir. Mümkün alıcılardan biri “Real” onunla müqavilə bağlamayacaq. Bildiyiniz kimi, Xuan Laporta klub prezidenti postuna dönəndən və Superliqa ideyası ətrafındakı müttəfiqlikdən sonra əbədi və əzəli rəqiblər arasındakı münasibətlər xeyli yaxşılaşıb.

Komandalar öz aralarında razılığa gəliblər ki, hər iki tərəf sövdələşmədən irəli düşməyəcəyi halda, bir-birinin futbolçusunu ələ keçirməyə çalışmayacaqlar. Oxşar razılaşma “Yuventus”la da var. Baxmayaraq ki, “Real” Moribanın transferini maraqlı variant sayır və müəyyən məqamda bunun mümkünlüyünü nəzərdən keçirib. Ancaq Madrid klubuna rəhbərlik edən Florentino Peres indi Laportaya vəd edib ki, xavbeki almağa çalışmayacaq. Bu üzdən “Barselona” Moribanın karyerasını ölkə xaricində - “Tottenhem”də davam etdirəcəyini gözləyir.
La Liqadan daha iki maraqlı transfer xəbəri gəlib. Bunlardan birincisi “Atletiko”, ikincisi “Valensiya” ilə bağlıdı. Madirdlilər “'Herta”'nın hucumameyilli yarımmüdafiəçisi Mateus Kunyanı heyətinə qatıb. Avropa karyerası ''Syon''da başlayan, daha sonra ''Leyptsiq''in də şərəfini qoruyan braziliyalı futbolçu ''hindular''a 26 milyon avroya başa gəlib.

Bu transferin ardından ortaya maraqlı bir rəqəm çıxıb. Belə ki, Dieqo Simeonenin ''Atletiko''nun başında transferlərə xərclədiyi məbləğ 1 milyard avronu ötüb. Argentinalı futbol tarixində transferlərə 1 milyard avro xərcləyən 6-cı məşqçidi. Əvvəllər bu siyahıya Joze Mourinyo, Xosep Qvardiola, Karlo Ançelotti, Manuel Pelleqrini və Massimiliano Alleqri daxil olmuşdu.

“Valensiya”nın düşərgəsində isə toy-bayramdı: klub braziliyalı hücumçu Markos Andreni rənglərinə bağlayıb. “Valyadolid”in ötən mövsüm 4 qol vuran 24 yaşlı hücumçusuna görə 8,5 milyon avro ödənilib. Deyə bilərsiz ki, hə, nə olsun? İş ondadı ki, “Valensiya” son iki il, daha dəqiqi, 723 gün ərzində heç kimi almayıb. Klub 2019-un yayında əməlli-başlı xərcə düşmüşdü. Onda Silessen, Maksi Qomes, Çerışev, Manu Valyexo, Xorxe Sayns, Elyakim Manqala və Xayme Kosta “yarasalar”a 75 milyon avroya başa gəlmişdi. Transfer kampaniyasında son nöqtə isə 2019-cu il sentyabrın 2-də qoyuldu – “Sportinq”dən Tyerri Korreyya 12 milyon avroya alındı. Bundan sonra transferlərin arası kəsildi. Klub kütləvi satışa başladı. Ötən yay Parexo, Rodriqo, Koklen, Konqoqbia, Qaray kimi liderlər getsə də, onların əvəzində heç kim alınmadı.

Ancaq “Valensiya”ya transfer qadağası qoyulmayıb. Sadəcə, klubun sahibi Piter Kim azarkeşlərlə (baş məşqçi Marselino qovulduğuna görə) və yerli hakimiyyət orqanları ilə mübahisə (“Yeni Mestalya” stadionunun tikintisini daha tez bitirmək tələbi üzündən) yaşadığından işdən-gücdən soyumuşdu. Onun hətta dostu Jorje Mendeşə “Valensiya”ya alıcı tapmağı tapşırdığı da deyilirdi. Lim iki il ərzində yeni oyunçuların transferinə 1 avro da ayırmadı. Valensiyada işıq üzü görən “Super Deporte” qəzeti “Komandanın yeni oyunçularını təqdim edirik” sərlövhəsinin altında səhifəni ağ buraxmışdı.

“Yarasalar”ı xilas edən icarələr idi. “Kalyari”dən Florentsi, Kutrone, Kristian Oliva, “Benfika”dan Ferro gəlmişdi. Klub bu yay “Herta”dan Omar Alderyeteni və Tiflis “Dinamo”sundan Georgi Mamardaşvilini heyətə cəlb etdi. Yay “transfer pəncərəsi” bağlanan ərəfədə, nəhayət, pul tapıldı. Ancaq “Valensiya”nın əsas transferi Andre yox, baş məşqçi Pep Bordalasdı. Məhz o, təzyiq yolu ilə Andrenin transferinə nail oldu. Düzdü, bu transfer “Valensiya”ya liderlərindən birinin gedişi bahasına başa gələcək. Perspektivli koreyalı Li Kan İnin “Malyorka”ya və ya “Alaves”ə keçidi artıq həllini tapan məsələ sayılsa da, klub, çox güman, Qonsalo Qedeşi saxlaya biləcək. “Marca”ya inansaq, Andre sonuncu transfer deyil. Ondan sonra növbə artıq Bordalasla “Xetafe”də yolları kəsişən “Qranada”nın müdafiəçisi Dimitri Fulyenindi.

Son xəbərlər

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Bütün xəbərlər