"Formula-1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası pilotu Serxio Pereslə müqavilənin müddətini uzadıb.
31 yaşlı sürücü 2022 mövsümünün sonunadək Avstriya təmsilçisində çıxış edəcək. Xatırladaq ki, Serxio iyunun 6-da Bakıda keçirilmiş Azərbaycan “Qran-pri”sinin qalibi olub.
"Alpin" komandası da pilotu Fernando Alonso ilə müqavilənin müddətini uzadıb. İkiqat dünya çempionunun yeni sözləşməsi 2022 mövsümünün sonunadək nəzərdə tutulub. Qeyd edək ki, 40 yaşlı pilot 2005 və 2006-cı illərdə dünya çempionu adını qazanıb.