
Dünya futbolu
253
29.08.2021, 14:00
Zuma “Çelsi”dən getdi, amma Londonda qaldı
Kurt Zuma “Çelsi”ni tərk edib. O, iş yerini dəyişsə də, bundan sonra da Londonda yaşayacaq.
26 yaşlı müdafiəçi “Vest Hem”ə satılıb. Fransız futbolçu “çəkicdöyənlər”lə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə razılaşıb. Keçidin maliyyə detallarına aydınlıq gətirilmir. Zuma müqavilə ilə “Çelsi”yə 2014-cü ildən bağlı idi. Paytaxt klubu onu ötən müddətdə üç dəfə - “Sent-Etyen”, “Stok Siti” və “Everton”a icarəyə vermişdi. Kurtun “zadəganlar”ın formasında premyer-liqada 99 oyuna 6 qol vurduğunu da qeyd edək.