
Millimizdən 2 qızıl və 1 bürünc medal - Paralimpiada
Tokio-2020 Paralimpiadasında növbəti günə start verilib.
Paraatletimiz Elvin Astanov nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub. 42 yaşlı idmançı qızıl medal qazanıb. Həmçinin o, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.
Paracüdoçumuz Dürsədəf Kərimova (+70 kq) yarışlara yarımfinal mərhələsindən start verib. İdmançımız braziliyalı Meg Emmeriklə qarşılaşıb. Rəqibini məğlub edən Kərimova finala vəsiqə qazanıb. Finalda Qazaxıstan təmsilçisi Zarina Baybatinadan da güclü olan Dürsədəf ölkəmizin aktivinə növbəti qızıl medalı yazdırıb.
Paracüdoda Kənan Abdullaxanlı (100 kq) mübarizəni erkən dayandırıb.
Bu idman növündəki digər təmsilçimiz, ikiqat paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) isə təsəlliverici görüşə çıxıb. Paracüdoçumuz yamaykalı Teador Subba ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olub. İdmançımız qələbə qazanaraq bürünc medalın sahibi olub. Bu, onun karyerasında 4-cü Paralimpiada medalı olub. O, buna qədər Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də bürünc mükafat qazanıb.
Millimizin paraüzgüçüsü Roman Saley Yay Paralimpiya Oyunlarında növbəti çıxışını edib. O, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib. İdmançımız 8 iştirakçı arasında üçüncü olub və finala yüksəlib. Həlledici mərhədə onun rəqiblərindən biri Belarusiyanı təmsil edən qardaşı Dmitri Saley olub. Üzgüçümüz burda 4-cü yeri tutub.
Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzmə yarışında qızıl medal qazanıb.