"Qarabağ" Konfrans Liqasının qrupunda mübarizə aparacaq.
"Football-plus.az" saytının məlumatına görə, "köhlən atlar" ilk oyuna sentyabrın 16-da çıxacaq. Hər kəsi narahat edən məqam ot örtüyünün pis vəziyyətdə olmasına rəğmən, oyunların Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsidi.
"Qarabağ"ın qrupa vəsiqə qazanmasıdan sonra matçların Bakı Olimpiya Stadionunda keçiriləcəyinə ümid edənlərin sayı çoxalıb. Amma "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə məkanın dəyişməyəcəyini söylədi:
"Biz ev oyunlarımızı, həmişə olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyik. Əvvəlcədən də planlaşdırdığımız kimi, meydanda son oyun avqustun 19-da olub. Növbəti görüş isə sentyabrın 16-da baş tutacaq. Stadionun ot örtüyünü yaxşı vəziyyətə gətirmək üçün yetərincə vaxtımız var. Havalar sərinləyir, mütəxəssislər də çalışır. Sentyabrın 16-dək ot örtüyü ideala yaxın vəziyyətə gətiriləcək. Yaxşı olardı ki, istəyimiz də belə idi, ilk oyun səfərdə olsun. Bununla bağlı UEFA-ya müraciət etmişdik. Amma təqvimə uyğun ilk oyunu evdə keçirəcəyik".
GÜNAY VƏLİYEVA