Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi yığmamızın DÇ-2022-dəki şanslarını dəyərləndirib.
Italiyalı mütəxəssis "Biancocelesti" telekanalına açıqlama verib. De Byazi qrupdakı vəziyyəti izah edib:
"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk iki yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".