Premyer-liqanın 2-ci turunun “Qarabağ” - “Səbail” oyunundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov çempionatdakı əvəzetmə sayının minimum 4 olmasını istədiyini açıqlamışdı.

Mövzu ilə bağlı ötən sayımızda AFFA və PFL-in mövqeyini öyrənmişdik. Bu dəfə Qurbanovun həmkarlarına, yəni premyer-liqa klublarının baş məşqçilərinə tribuna verdik.

Ramin Quliyev (Sabah): “Əvəzetmə sayının artırılması əsasən pandemiyadan sonra gündəmə gəldi. Həmin vaxt davam etdirilən çempionatlarda qrafik çox sıx olduğundan, mümkün zədələrdən qorunmaq üçün 5 əvəzetməyə icazə verildi. Sadəcə, yeni mövsüm başlayanda bəzi çempionatlarda bu qərar qüvvədə qaldısa, bəzilərində yenidən 3 əvəzetmə sisteminə döndülər. Məsələn, İngiltərə premyer-liqasında hazırda 3 əvəzetməyə icazə verilir, İtaliya A seriyasında isə hələ də 5 əvəzetmə qaydası qüvvədədi. Əvəzetmə sayının artırılması çox sıx qrafikdə oynayan komandalar üçün daha aktualdı. Liqalarda bu məsələ ilə bağlı hansısa qərar veriləndə klubların və məşqçilərin fikirləri əsas götürülür. Azərbaycan çempionatı üçün hansı əvəzetmə sayı daha uyğundu? Fikrimcə, buna ehtiyac olub-olmamasına premyer-liqa klublarının məsələ ilə bağlı ümumi fikir mübadiləsindən sonra daha münasib qərar vermək olar”.

Sənan Qurbanov (Keşlə): “Bilirsiz ki, başqa çempionatlarda əvəzetmə sayı çoxdu. Bu heyəti geniş olan klublar və liqalar üçün daha uyğundu. Elə komandalar var ki, iki heyətə malikdi. Meydana çıxandan sonra matçın taleyini dəyişə biləcək futbolçuları var. Bu klublar üçün əvəzetmə sayının üçdən çox olması önəm daşıyır. Amma elə komandalar var ki, bu məsələnin onlar üçün çox böyük əhəmiyyəti yoxdu. Çünki heyətləri o qədər də geniş deyil. Əvəzetmədən daxil olub, nəticəni dəyişə biləcək futbolçuları yoxdu. Bu vəziyyətdə 3 dəyişiklik hüququ ilə kifayətlənmək olar. Hazırlıq dönəmindən sonra daha yaxşı bilinəcək. Amma “Qarabağ” kimi heyətə sahib klublarda əvəzetmə sayının çox olması üstünlükdü. Ağdamlılar avrokuboklarda da ölkəmizi layiqincə təmsil edir, heyətləri də genişdi. Onlar üçün əvəzetmə sayının çoxluğu yaxşı olar. Lakin ümümilikdə bizim çempionatdan danışırıqsa, məncə, hazırkı vəziyyət idealdı. Bizdə hamı aşağı-yuxarı heyətini bilir və oynayacağımız çempionat da bəllidi. Çempionat və kubok oyunları olur. Məncə, bizim üçün 3 əvəzetmə yetərlidi. Özünüz də görürsüz ki, heç bir sıxıntı yaşamırıq. Bu həyata keçsə, ancaq “Qarabağ”ın işinə yarayacaq. Amma öz komandamı götürsəm, elə 3 dəyişiklik kifayət edir”.

Ayxan Abbasov (Sumqayıt): “Bu məsələ ilə bağlı PFL-dən bizə müraciət gələrsə, klub olaraq rəsmi şəkildə fikir bildirərik. Hər dəfə kimsə bir fikir bildirəndə, biz ona rəsmi cavab verməli deyilik. Bu mövzu gündəmə gələrsə, onda da klub olaraq məsləhətləşib fikrimizi açıqlayacağıq. Artıq premyer-liqa başlayıb. Çempionatın ortasında hər qaydanı dəyişmək də düzgün deyil”.

Aftandil Hacıyev (Səbail): “Niyə belə bir tələb edilib, səbəbini bilmirəm. Buna görə də fikir bildirmək çətindi. Ümumilikdə heyəti geniş, əlində yetərincə keyfiyyətli futbolçusu olan klubların buna ehtiyacı ola bilər. Amma artıq çempionatımız başlayıb. Fasilədə və ya növbəti il üçün bunu müzakirə etmək daha doğru olar. Klubları fərdi dəyərləndirsək, bizim əlimizdə olan heyət elə ilk “11-lik” üçündü. Hətta onları belə meydana buraxmağa çətinlik çəkirik, nəinki 3 əveztmə. Dəyişiklik sayının artırılması da hazırda bizim üçün əlverişli deyil və böyük əhəmiyyət daşımır. Əlində 2 heyəti olan klubların buna daha çox ehtiyacı ola bilər. Amma bizim kimi komandalara 3 əvəzetmə kifayətdi. Meydana daim çıxan 14-15 futbolçumuz olur. Düşünürəm ki, əlavə dəyişikliyə ehtiyac yoxdu”.

Rəşad Sadıqov (Zirə): “Maraqlı təklifdi. Mən də bununla razıyam. Ötən mövsüm mənim fikrim soruşulanda 4 əvəzetmə tərəfdarı olduğumu qeyd etmişəm. Bu il də eyni düşüncədəyəm. İndi də bir çox çempionatlara nəzər saldığımız zaman 4-5 əvəzetmə olduğunu görürük. Çox nadir hallarda hansısa çempionatda 3 dəyişiklik olur. Avrokuboklarda da qayda belədi. Avropanın mötəbər turnirlərində və böyük çempionatlarında belə qərar qəbul olunubsa, deməli, buna ehtiyac var. Mən də bu qaydanın tərəfdarıyam”.

SƏNƏM FƏRHADOVA

Son xəbərlər

Şahruddin ən çox seyv edən qapıçılar siyahısında - Avroliqa

Avropa liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Millimiz dünya çempionatında ilk oyununa çıxır

"Qarabağ" yenə Azərbaycanın əmsalını artırdı

"Deməyə sözümüz yoxdu" - "Olimpiakos"un futbolçusu

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə 4 min manat cərimələdi

Bütün xəbərlər