
Ronaldo bu dəfə arzusunu reallaşdıra bilməyəcək
Bazar ertəsi sabiq klubuna qayıtdığı açıqlanan Kriştiano Ronaldo “Mançester Yunayted”də sevimli “7” nömrəli formada çıxış edə bilməyəcək.
Ona Premyer-Liqanın mövcud qaydası mane olur.
Yerli mənbələrin yaydığı məlumata görə, bu liqada çıxış edən oyunçu mövsüm ərzində nömrəsini dəyişə bilməz. Hazırda MY-də “7” nömrəli formanı Edinson Kavani geyir. 36 yaşlı Ronaldonun bu nömrəni seçməsi üçün uruqvaylı klubu tərk etməlidi. Ancaq Kavani avqustun sonunda iş yerini dəyişmək fikrindən uzaqdı.
Qeyd edək ki, Premyer-Liqada daha əvvəl mövsüm ərzində nömrəni dəyişmək üçün istisna hallar baş verməyib. 2003-09-cu illərdə MY-də, 2009-18-ci illərdə “Real”da və son üç ildə “Yuventus”da “7” nömrəli forma ilə çıxış edib. Amma indi komandada boş olan “12”, “15”, “24”, “30”, “31”, “33” və “35” nömrələrindən birini seçməli olacaq.