Ən son Mişi Batşuayi ilə heyətini gücləndirən ''Beşiktaş'' daha 2 futbolçu transfer edib.
Onlardan biri – Can Bozdoğanın keçidi rəsmən açıqlanıb. 20 yaşlı mərkəz yarımmüdafiəçisi ''Şalke-04''dən birillik icarəyə götürülüb. Keçidin maddi detalları açıqlanmasa da, ''Qartal''ın bu oyunçunu mövsümün sonunda daimi əsasda transfer edə bilmək hüququnu da elə keçirdiyi məlum olub. Kölndə doğulan və bu şəhərin eyniadlı klubunun yetirməsi olan Bozdoğan 2019-dan ''Şalke-04''ün şərəfini qoruyur. O, bundesliqada indiyə qədər 17 oyuna çıxıb. Bozdoğan Almaniyanın aşağı yaş qruplarından ibarət yigmalarinda isə 18 matçda forma geyib.
''Beşiktaş''ın digər transferi isə Umut Meraşdı. Rəhbərliyin uzun müddətdi bu futbolçunu həyətə qatmaq cəhdləri nəhayət bəhrəsini verib. Sol cinah müdafiəçisi olan Meraşla illik 900 min avro məvacib qarşılığında anlaşmaq mümkün olub. Son illərdə daimi olaraq Türkiyə yığmasına da dəvət alan 25 yaşlı futbolçu həftəsonu İstanbula gələrək üçillik müqaviləyə imza atacaq. Umutun klubu ''Havr'' bu satışdan 1 milyon avro və əlavə olaraq 200 min avro bonus qazanacaq.
''Boluspor''un yetirməsi olan və ''Bursaspor''da 2018/19 mövsümündəki çıxışıyla diqqətləri cəlb edən Meraş 2019-un yayında 1,3 milyon avroya Fransanın aşağı liqa təmsilçisi ''Havr''a transfer olunmuşdu.