Dünən hər kəs Kriştiano Ronaldonun "Mançester Siti"yə keçidini gözləyirdi. Lakin durum bir neçə saat içində dəyişdi.
Bu gün səhər şəhərin digər komandası "Mançester Yunayted" portuqaliyalı üçün transfer işlərinə başladı. Axşam saatlarında isə klubun rəsmi səhifəsi "Evinə xoş gəldin, Ronaldo" başlıqlı məlumat yaydı. Bildirilib ki, premyer-liqa təmsilçisi oyunçunun keçidi ilə bağlı “Yuventus” ilə razılıq əldə edib. Futbolçunun özü ilə də müqavilənin detalları razılaşdırılıb. Kriştiano tibbi müayinədən keçdikdən sonra “Mançester Yunayted”in futbolçusu olacaq.
Qeyd edək ki, 2003-09-cu illərdə də “Mançester Yunayted”də oynamış portuqaliyalı hücumçu 12 ildən sonra əvvəlki klubuna qayıdıb.