“Neftçi”nin futbolçusu Mamadu Kane karyerasını Yunanıstanda davam etdirməyə yaxındı.
"Football-plus.az" Yunanıstan mətbuatına istinadən xəbər verir ki, qvineyalı yarımmüdafiəçi “Olimpiakos”a keçidini tamamlamaq üçün Afinaya yollanıb. Pirey təmsilçisinin 24 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Mamadu Kane 2019-cu ilin yanvarından “Neftçi”nin şərəfini qoruyur.