AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı qurumun rəsmi saytına açıqlama verib:
“UEFA-nın yeni təsis etdiyi, bu mövsümdən etibarən keçirilən Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ” klubunu təbrik edirəm. Artıq 8-ci mövsümdü ki, “Qarabağ” ardıcıl olaraq avrokuboklarda qrup mərhələsində oynamaq hüququ qazanır. 6 dəfə Avropa Liqası, 1 dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Bu, böyük müvəffəqiyyətdi. Cari avrokubok mövsümündə təmsilçimizə bir qədər də irəliləyərək Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ” Futbol Klubunun futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm”.