Avqustun 31-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında 2006-cı il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli oyun keçiriləcək.
Elit-məşq layihəsinin iştirakçıları arasında təşkil olunacaq oyunun əsas məqsədi 16 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına cəlb olunacaq heyətini formalaşdırmaqdı.