“Formula-1” rəhbərliyi mövsüm ərzində daha çox ötmə əməliyyatı həyata keçirən pilot üçün yeni mükafatın təsis olunduğunu elan edib.
Qurumun bəyanatında deyilir:
“Yeni təsis olunan mükafat pilotların uğura nail olmaq yolunda həyata keçirdikləri cəsarətli manevrləri qiymətləndirmək üçün yaranıb”.
Bu arada 2021-ci ilin yarış təqvimində Qətər “Qran-pri”sinin Avstraliya “Qran-pri”sini əvəz edə biləcəyi ilə bağlı xəbər yayılıb. “Autosport”un yaydığı xəbərə görə, Qətərdəki yarışın təşkilatçıları bu il mərhələ keçirməklə bağlı müqavilənin imzalanmasını, demək olar ki, razılaşdırıb.
Xatırladaq ki, “Formula-1” üzrə dünya çempionatında Avstraliya mərhələsinin ləğvi ilə bağlı xəbər iyulun 6-da yayılıb. Buna koronavirusun doğurduğu qadağalar, həmçinin logistik çətinliklər səbəb olub.
Avstraliya “Qran-pri”si noyabrın 21-də Melburnda keçirilməliydi.