
Konfrans Liqası
258
26.08.2021, 23:45
"Belə nəticəni sürpriz sayıram" - Barak Bakar
Konfrans Liqasının pley-off mərhələsinin "Makkabi" (İsrail) - "Neftçi" oyunundan (4:0) sonra Hayfa klubunun baş məşqçisi Barak Bakarın mətbuat konfransı baş tutub.
"Yaxşı komandaya qarşı oynadıq. İlk dəqiqələrdən üstünlüyü ələ ala bildik. Belə nəticəni sürpriz sayıram. Komandamız qol buraxmır, bu yaxşı haldı. Asan olmadı. İlk matçda rəqib bizə çətin anlar yaşatdı. Bundan dərs çıxardıq. Bu gün meydanda olan yeni transferimizin oyunundan da razıyam".