• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldonun “Yuventus”dan gedişini gözləməyə dəyər

Dünya futbolu

26-08-2021, 22:0

Doğrudanmı, o artıq heç bir top-kluba lazım deyil?
Bazar günü axşam saatlarında məşhur avropalı insayder Fabritsio Romano “tvitter” hesabında “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun A seriyası çərçivəsində “Yuventus”la oyunda start heyətinə düşmədiyinə görə Turindən getməyə qərar verdiyini yazmaqla hər kəsin çaşqınlığına səbəbkar oldu. Jurnalist onu da qeyd etmişdi ki, turinlilərə 36 yaşlı portuqaliyalının transferi ilə bağlı heç bir təklif daxil olmayıb. Təbii ki, bu xəbər oyunun özünü də kölgədə qoydu. Ronaldonun 2-ci hissədə meydana çıxması, VAR-a baxılandan sonra sayılmayan qolu da heç kimi sakitləşdirmədi. “Bu qərarı Kriştiano ilə birgə vermişik. Hər şey normaldı. Ronaldo qalır – yüz faiz” – “Yuventus”un vitse-prezidenti Pavel Nedved DAZN-a belə dedi. Bu da oyunsonrası mətbuat konfransında komandanın baş məşqçisi Massimiliano Alleqrinin dedikləri: “Kriştianonun hazırlıqla bağlı problemi yoxdu. Oyundan əvvəl onunla danışdım və ehtiyatda saxlamaq qərarımı izah etdim. Ona dedim ki, sonradan meydana çıxmağa hazır olsun. Və Ronaldo 2-ci hissədə gözəl oynadı”.
Maraqlıdı ki, ötən həftənin əvvəlində cəmi bir gecədə müəyyən zaman fərqi ilə Kriştianonun gələcəyi haqda üç fərqli xəbər yayıldı. Romada işıq üzü görən “Corriere dello Sport” xəbər verdi ki, forvardın agenti Jorje Mendeş “Mançester Siti”yə müraciətlə müştərisinin xidmətini təklif edib, özü də endirimlə. İspaniyada “El Chiringuito” yazdı ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti italyanın Madridə ilk gəlişində birgə uğurla çalışdığı Ronaldo ilə yenidən birləşməyin əleyhinə deyil. “Marca” isə xəbər verdi ki, Krişin təmsilçiləri yenidən PSJ ilə təmasa keçib. Ertəsi gün təkziblər havada uçdu. Ançelotti “tvitter” hesabında yazdı ki, bəli, Ronaldo dahi və əfsanədi, ancaq heç bir nostalgiya yoxdu. “İnstaqram”da böyük post yazan Ronaldo da susa bilmədi. Onun yazdıqlarından belə çıxdı ki, adının transfer şayiələrində hallanması kifayətdi, bu həm Ronaldoya hörmətsizlikdi, həm də adı çəkilən klublara.
Romano xüsusən də İtaliyada böyük nüfuza malik olan siyasətçidi. Bəlkə də o bir qədər tələsmişdi, ancaq son həftənin bütün bu transfer xəbərləri boş yerdən yaranmayıb. Ronaldonun Alleqrinin yanında heç də rahat olmadığı çoxdan deyilir və həqiqətən də portuqaliyalının komandasını dəyişməsi yerinə düşərdi. Ancaq burda ən maraqlı olan məqam başqadı – Ronaldonun heç kimə lazım olmaması! Təsadüfi deyil ki, elə həmin Romano “Yuventus”un masası üzərində portuqaliyalı ilə bağlı heç bir təklifin olmadığını yazır, “Corriere dello Sport” isə iddia edir ki, Mendeş özü müştərisinin xidmətini “Siti”yə təklif edib. Yaxşı, doğrudan da Kriştiano hara gedə bilər ki? “Real”a? Madriddə hər şeyə nəzarət edən Florentino Peres onu geri qaytarmaz – ayrılıq mürəkkəb şəraitdə gerçəkləşib. “Siti”yə? Mançesterlilər artıq Cek Qrilişə pul qoyub və Harri Keyni almaq ümidini də itirmirlər. Ümumiyyətlə, Kriştiano Ronaldonu Pep Qvardiolanın sərəncamında təsəvvür etmək çox çətindi. Həm oyun, həm də şəxsiyyət prinsiplərinə görə. “Çelsi”yə? “Göylər” Romelu Lukakunu götürdülər. “Mançester Yunayted”ə? Bu yay müəyyən söhbətlər getdi, ancaq konkret cizgilər almadı. MY çoxdan almaq istədiyi Ceydon Sançonu rənglərinə bağladı. PSJ-yə? Söhbət bu klubdan gedirsə, artıq heç nəyə təəccüblənmək olmur. Xususən də Kilian Mbappeni “Real”a buraxmağa razılıq verərlərsə. Ancaq yenə də belə variant az inandırıcıdı. Top-klublardan kim qaldı? “Barselona”? Gülməlidi. “Bavariya”? Yenə də yox. “İkinci dərəcəli” klublar isə çətin ki Çempionlar Liqasında qələbə qazanmaq, rekordlar qırmaq, fərdi mükafatlar götürmək istəyən portuqaliyalını maraqlandıra.
Daha bir önəmli məqam budu ki, Turində hələ də Kriştiano ilə yeni müqaviləylə bağlı danışıqlara başlamayıblar (mövcud müqavilənin vaxtı gələn yay bitir). Görünür, “Yuventus”da belə hesab edirlər ki, Ronaldo dördillik əməkdaşlıq dövründə iqtisadi və marketinq planında kluba mümkün olan hər şeyi verib. Söhbət axı futbol tarixinin ən yaxşı simalarından birindən, dahi bombardirdən gedir. Bəli, Krişin artıq 36 yaşı var, ancaq o, oyununu yaşına özünəməxsus şəkildə uyğunlaşdıra bildiyini artıq sübut edib. Hər halda, daha bir neçə il yüksək səviyyədə oynaya biləcəyi dəqiqdi.
Ronaldonu alan istənilən klubun izləyici auditoriyası böyüyəcək (portuqaliyalının “instaqram”da 331 milyon abunəçisi var), marketinq işləri irəliləyəcək. Digər tərəfdən, belə klubun maaş cədvəli də “ağırlaşacaq” (Ronaldo hətta güzəşt etsə də, yenə çox pul alacaq). Amma heç şübhəsiz, Ronaldo lazımi məqamda fərq yarada bilən futbolçudu. Onun dahiliyi müzakirə mövzusu ola bilməz. Əlbəttə, onun daha heç kimə lazım olmadığı haqda deyilənlər şişirtmədi. Ancaq belə ehtimal var ki, Ronaldonun karyerasındakı növbəti “dayanacaq” MLS, Asiya və ya doğma “Sportinq” ola bilər.

Oxunub: 350
Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

4-09-2021, 17:0

Gözlənilməz-gözlənilən bir keçidin tarixçəsi - YAZI

Dünya futbolu

23-05-2021, 18:0

Ronaldo avtomobillərini Turindən niyə çıxarıb?

Dünya futbolu

28-08-2021, 12:0

"Yuventus" Ronaldonun yoxluğunu bu futbolçu ilə doldurmaq istəyir

Dünya futbolu

25-03-2021, 20:0

Pirlo ilə Ronaldonun aqibəti necə olacaq?

Dünya futbolu

25-11-2021, 15:0

"Kriştiano Ronaldonun gedişi "Yuventus"u şoka saldı" - Mauritsio Arivabene

Dünya futbolu

3-08-2021, 11:0

Kyellini “Yuventus”da qaldı, Ronaldo isə

Aktual
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
İlin ilk ayında ən çox qol vurmuş futbolçular - SİYAHI
FIDE yeni reytinq siyahısını açıqlayıb
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Son xəbərlər
  • Bu gün, 15:18
    Misli Premyer Liqasının 21-ci turu rəqəmlərin gözü ilə
  • Bu gün, 14:55
    Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli oldu
  • Bu gün, 14:38
    Polis Öməri saxladı
  • Bu gün, 14:10
    Daniel Alveşin törətdiyi şok əməlin təfərrüatı - YAZI
  • Bu gün, 13:54
    “Sabah”ın futbolçuları Premyer Liqada yubiley qeyd edib
  • Bu gün, 13:39
    PSJ üzvü Liqa 1-də qol vuran ən gənc oyunçu oldu
  • Bu gün, 13:18
    Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
  • Bu gün, 12:51
    Azərbaycan Serbiya və İngiltərə ilə eyni qrupda
  • Bu gün, 12:38
    "Səbail" üçün əlamətdar hadisə
  • Bu gün, 12:22
    PFL "Qarabağ"la bağlı vacib məlumat yaydı
  • Bu gün, 11:57
    "Zirə" Portuqaliyadan yarımmüdafiəçi transfer edir
  • Bu gün, 11:49
    Emirhan İlkhan yenə klubunu dəyişdi
  • Bu gün, 11:25
    Mateus Saldanya “Neftçi”dəki debütü haqqında nə dedi?
  • Bu gün, 10:32
    Rusiya Futbol İttifaqından gözlənilən addım
  • Bu gün, 10:13
    Avstraliyalı döyüş rusiyalı haqda: "O, böyük mübarizdi"
  • Bu gün, 10:00
    Renat fərqlənsə də ...
  • Dünən, 23:51
    Navas PSJ-dən ayrıldı
  • Dünən, 23:30
    Konte əməliyyat olundu
  • Dünən, 23:15
    Azərbaycan Basketbol Liqasında 16-cı tura start verildi
  • Dünən, 22:58
    Errera La Liqada
  • Dünən, 22:55
    Kanselo debütünə hazırlaşır
  • Dünən, 22:51
    “Qaradağ Lökbatan” yeni baş məşqçisinə qovuşdu
  • Dünən, 22:47
    “Kəpəz” Kamran İbrahimovu icarəyə vermək istəyir
  • Dünən, 22:38
    “Hazırda onun möqeyində çox güclü rəqabət var”
  • Dünən, 22:24
    Asəf Namazov: “Pis vərdişlərdən uzaq olsa da, özünə baxan da deyildi”
  • Dünən, 21:55
    “Araz Naxçıvan”ın rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir
  • Dünən, 21:30
    Okan Buruk rekordlara doymur
  • Dünən, 21:21
    MY: Zabitser gəldi, Tuanzebe ilə Bernard getdi
  • Dünən, 21:13
    Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
  • Dünən, 20:55
    Laurentsiu Regekampf: “Bu, planlarımıza daxil deyildi”
  • Dünən, 20:30
    Rəşad Sadıqov: “Gündə bir qayda dəyişir, bilmirsən, nə fikirləşəsən”
  • Dünən, 20:19
    “Tottenhem”də yeni oyunçu
  • Dünən, 20:15
    Cokoviç bunu bacaran 2-ci tennisçidi
  • Dünən, 19:41
    “Sabah” və “Neftçi”dən qələbə - YENİLƏNİB
  • Dünən, 19:30
    Cokoviçdən möhtəşəm nəticə: 10-cu final, 10-cu qələbə!
Daha çox
Oxunub: 2 494
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 963
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 385
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 772
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 683
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Oxunub: 666
"Qarabağ"ın futbolçusu Rusiya klubuna keçməkdən imtina etdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə