Şamaxıda təlim-məşq toplanışında olan “Qarabağ-2” digər divizion komandası “Sumqayıt-2” ilə yoldaşlıq matçı keçirib.
Qarşılaşma “köhlən atlar”ın böyükhesablı qələbəsiylə bitib – 6:0.
Toplanışla bağlı təəssüratını öyrənmək üçün Cavad Mirzəyevlə əlaqə saxladıq. Ağdam təmsilçisinin baş məşqçisi “Football-plus.az” saytına bunları söylədi:
Mirzəyev toplanışdan razı qaldığını da söylədi:
“Şamaxıda keçirilən təlim-məşq toplanışı üçün rəhbərliyə təşəkkür edirəm. Bizim üçün çox gözəl şans oldu ki, yaxşı hazırlaşaq. 3 yoxlama oyunu keçirdik. Şərait çox yüksək idi. Bu, bizim üçün çox önəmli idi. Hazırlıq baxımından bu mərhələni keçməyimiz divizion oyunlarında da müsbət təsir edəcək”.
Gən mütəxəssis heyətlə bağlı isə belə dedi:
“Komandaya daha gənc oyunçuları cəlb edirik. Əsasən 2000 təvəllüdlülər olacaq. Əsas strategiyamız budu ki, divizionun ən gənc komandası olaq. Futbolçuları milli komandalar üçün yetişdirməyə çalışırıq. Amma təbii ki, bununla yanaşı, nəticə də bizim üçün önəmlidi. Çalışacağıq çempionatda da yüksək nəticə göstərək”.
GÜNAY VƏLİYEVA