Bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir.

“Neftçi” Hayfada “Makkabi”nin, “Qarabağ” isə Aberdində yerli komandanın qonağı olacaq. İsraildəki qarşılaşma “CBC Sport”, Şotlandiyadakı görüş isə “İdman TV” vasitəsilə canlı yayınlanacaq.

Bu görüşü “Neftçi” üçün avrokuboklarda son döyüş adlandırmaq olar. Komandada işlər qaydasında deyil. Çempion meydana itkilərlə çıxacaq. Lavalla Mboc cari mövsüm avrokuboklarda üçüncü sarı vərəqəni alıb, Zülfüqarlı isə Hayfa təmsilçisi ilə Bakıdakı ilk görüşdə ikinci sarı vərəqə üzündən meydandan qovulub. Məhz bu səbəbdən də adı çəkilənlər meydana çıxa bilməyəcəklər. Onsuz da hücum xəttində problem yaşayan “Neftçi” üçün Lavalın yoxluğunu böyük itki saymaq olar. Nigeriyalı yarımmüdafiəçi Bakıdakı qarşılaşmada 2 qol vuraraq oyunun qəhrəmanı olmuşdu. Hayfadakı görüşə “Makkabi” də itkilərlə çıxacaq. İsrail klubunda Qodsvey Donyoh və Neta Lavi zədəlidi. İtamar İsraeli isə koronavirusa yoluxub.
Bir sözlə, bizi maraqlı 90, bəlkə də 120 dəqiqəlik mübarizə gözləyir. Hər iki komanda uzun müddət avrokubokların qrupunda mübarizə aparmayıb. Məhz bu amil oyuna marağı bir qədər də artırır. Premyer-liqanın son turunda yarımcan halı ilə “Zirə”ni məğlub etməsi “Neftçi” üçün motivasiya ola bilər.

Ağdamlıların evdə minimalhesablı qələbə qazanmasını böyük üstünlük saymaq olar. Qurban Qurbanovun yetirmələri artıq rəqibin gücünə bələddi. Qarşılaşmanın favoriti də “köhlən atlar”dı. İlk görüşdəki qələbə Qurban Qurbanovun komandasında psixoloji üstünlük yaradıb. Ağdamlıların bu mövsüm avrokuboklarda səfərdə uduzmaması da sevindicidi məqamdı. “Qarabağ” üçün üzücü məqam Kevin Medinanın premyer-liqanın son turunda zədələnməsidi. Kolumbiyalı futbolçunun vəziyyəti bəlli deyil. Onun oynayıb-oynamayacağına həkimlər qərar verəcək. “Aberdin”də isə vəziyyət daha ciddidi. Rayan Heces və Endryu Korsidan zədəli olduqlarına görə görüşdə iştirak edə bilməyəcəklər.
Bir sözlə, uzun illərdi avrokubokların qrupunda çıxış edən “Qarabağ” üçün daha bir şans yaranıb. Qurban Qurbanovun komandası doğma meydanda əldə etdiyi qələbə hesabını qorumaqla tarixində ilk dəfə Konfrans Liqasının qrupunda iştirak hüququ qazana bilər.

Konfrans Liqası
Pley-off, cavab oyunları
26 iyul

"Makkabi" H (İsrail) - "Neftçi" 4:0
Qollar: Menaxem, 20, Atzilli, 45+2, Haziza, 52 (p.), Abu Fani, 69
Hakimlər: Aleksandr Stavrev, Deyan Kostadinov, Qoçe Petreski, Deyan Yakimovski (hamısı Şimali Makedoniya).
Hakim-inspektor: Rusmir Mrkoviç (Bosniya və Hersoqovina).
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya).
Hayfa. “Sammi Ofer” stadionu. Saat 21.00
İlk oyun - 3:3.

"Aberdin" (Şotlandiya) - "Qarabağ" 1:3
Qollar: Ferqyuson, 90+2 - Toral Bayramov, 8, Kadi Borqes, 18, Abdullah Zubir, 72
Hakimlər: Harald Lehner, Andreas Haydenrayx, Maksimilian Kolbitç, Yulian Veynberger (hamısı Avstriya).
Hakim-inspektor: Andrey Sipaylo (Latviya).
UEFA nümayəndəsi: Andreu Şou (İngiltərə).
Aberdin. "Pittodri" stadionu. Saat 22.45
İlk oyun - 0:1.


Son xəbərlər

Liberiya millisinin üzvü Azərbaycan klubunun düşərgəsində

"Kəpəz" qərb derbisinə itkilərlə çıxacaq

Makqreqor xəstələnən Poryeyə söz atdı

“İmişli” Saatlını doğma stadiona dəyişir

DÇ-2022-də 1/4 final həyacanı - YENİLƏNİR

Fürinin xanımı də Usikin adını çəkdi - MÜSAHİBƏ

"Xarı Bülbül" Çağırış kubokunda iştirak edən rəqibini məğlub etdi

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçını bu hakim idarə edəcək

2 yığmanın seçmə mərhələdə oyunlarının vaxtları açıqlandı

Gəncədə qərb, Bakıda paytaxt derbisi - YENİLƏNİR

Azərbaycanlı məşqçilər Brondbüdə seminarda iştirak ediblər

2 idmaçımızdan qızıl medal

Liderdən növbəti qələbə

İspaniya nəhəngi Qarnaçonu istəyir

"Azersun Arena"da 4 qol - VİDEO

Qurban Qurbanov: "Cavab qarşılaşması daha maraqlı olacaq"

Elmar Baxşıyev: "İstədiyimi komandamdan görürdüm"

Kamal Bayramov: "Qərb derbisi azarkeşlər üçün xüsusi maraq kəsb edir"

Yüksək Liqada ilə yekun vuruldu

Braziliya millisi üçün xoş xəbər

Raysın durumuna aydınlıq gəldi

“Zirə”dən minimal hesablı qələbə - VİDEO

Laurentsiu Regekampf: “Komandamı dəyişməyi düşünmürəm”

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Endrikin yeni klubu bəlli oldu

“Zirə”nin hücumçusu zədələndi

“Neftçi”də ciddi itki

“Türkiyə futbolu Avropa səviyyəsindədi”

Azərbaycanlı şahmatçı İspaniyada çempion oldu

Lənkəran təmsilçisi matça gəlmədi

“Türkiyədə açıqlamaq istəmədiyim səbəblərə görə şans qazanmadım”

Messi – Ronaldo rəqabəti DÇ-də də davam edir

"Emin Mahmudov tək "Neftçi"nin yox, Azərbaycanın aparıcı futbolçularından biridi" - "Neftçi" azarkeşi

“Qətərdə hələ ki, heç bir neqativ durum yaşanmayıb”

Hörmət, yoxsa sərvət? - TƏHLİL

Azərbaycan şahmatçıları üçün Mahaçqala sınağı

“Zirə” ilə oyundan əvvəl "Neftçi"də “Sağlamlıq durumu” - VİDEO

FFF-nin şikayəti əsassız sayıldı

DİN azarkeşlərin saxlanılmasına reaksiya verdi: “Onlar ictimai qaydaları pozub”

Mbappe İngiltərə ilə oyunu buraxa bilər

Nazir Sumqayıtda idmançılarla görüşdü

Uğursuzlar üçün ikinci şans - KÖŞƏ

Bütün xəbərlər