
Ölkə futbolu
369
26.08.2021, 13:35
AFFA-nın İntizam Komitəsinin qərarları
AFFA-nın İntizam Komitəsi ötən turla bağlı qərarlarını açıqlayıb.
Həmin qərarlarla sizi tanış edirik:
Premyer-liqanın 2-ci turunun “Qəbələ” – “Keşlə” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.
Premyer-liqanın 2-ci turunun “Qəbələ” – “Keşlə” oyununun 90+5-ci dəqiqəsində qonaqların futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.
Premyer-liqanın 2-ci turunun “Zirə” – “Neftçi” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından klub 800 manat cərimə olunur.