
Liderlər dəyişmədi
Peşəkar Tennisçilər Assosiasiyası (ATP) kişi tennisçilərin yeni reytinq cədvəlini açıqlayıb.
İlk “3-lük”də heç bir dəyişiklik yoxdu. Serb Cokoviç liderdi, rus Medvedev 2-ci, yunan Sisipas 3-cü yerdə qərarlaşıb. Sinsinnati turnirində qalib gələn Almaniya təmsilçisi Zverev Nadalı arxada qoymaqla 4-cü pilləyə yüksəlib. Qadınların sıralamasına gəlincə, ilk “10-luq”da iki dəyişiklik diqqəti çəkir. Sobolenko Osaka, Kreyçikova Muqurusa ilə yerini dəyişib.
ATP reytinqi
1 (1*). Novak Cokoviç (Serbiya) 11113 xal
2 (2). Daniil Medvedev (Rusiya) 9980
3 (3). Stefanos Sisipas (Yunanıstan) 8350
4 (5). Aleksandr Zverev (Almaniya) 8240
5 (4). Rafael Nadal (İspaniya) 7815
6 (6). Dominik Tim (Avstriya) 6995
7 (7). Andrey Rublev (Rusiya) 6400
8 (8). Matteo Berrettini (İtaliya) 5533
9 (9). Rocer Federer (İsveçrə) 4125
10 (10). Denis Şapovalov (Kanada) 3580
WTA reytinqi
1 (1). Eşli Barti (Avstraliya) 10185
2 (3). Arina Sobolenko (Belarus) 7010
3 (2). Naomi Osaka (Yaponiya) 6666
4 (4). Karolina Plişkova (Çexiya) 5530
5 (5). Sofiya Kenin (ABŞ) 5030
6 (6). Yelina Svitolina (Ukrayna) 5030
7 (7). Byanka Andreesku (Kanada) 4537
8 (8). İqa Sventek (Polşa) 4461
9 (10). Barbora Kreyçikova (Çexiya) 4273
10 (9). Qarbinye Muqurusa (İspaniya) 4210
* - əvvəlki reytinqdəki yerini göstərir.