“UEFA prezidenti” mükafatının builki sahibi müəyyənləşib. Daha doğrusu, mükafata bir neçə nəfər layiq bilinib.
Qurumun saytının yaydığı xəbərə görə, Danimarka yığmasının kapitanı Simon Kyaer və komandanın həkimləri bütün digər namizədləri arxada qoyublar. Xatırladaq ki, Danimarka millisinin oyunçusu Kristian Eriksen AÇ-2020-nin qrup mərhələsinin iyunun 12-də Finlandiya ilə keçirilən matçında (0:1) huşunu itirərək yerə yıxılmış, ona ilkin müdaxiləni komanda yoldaşı Simon Kyaer və təbii ki, yığmanın həkimləri etmişdilər. “İnter”in yarımmüdafiəçisi meydandaca 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra xəstəxanaya aparılmış və sonradan ürəyində mikroəməliyyata məruz qalmışdı.
UEFA-nın prezidenti Aleksander Çeferin öz adına təsis olunan mükafatın qalibləri haqda belə deyilb: