“Boston” sabiq oyunçularından Kevin Qarnettə həsr olunan mərasimin nə vaxt keçiriləcəyini açıqlayıb.
Bildiyiniz kimi, 45 yaşlı amerikalı 15 dəfə MBA ulduzlarının oyununda iştirak edib.
Gələn il martın 13-də, yəni müntəzəm çempionatın “Dallas”la oyunundan əvvəl Qarnettin vaxtilə daşıdığı 5 nömrəli forma istifadədən çıxarılacaq. 2007-13-cü illər aralığında “Boston”un formasını geyən Qarnett 2008-də bu komanda ilə MBA çempionu olub.