Kazan şəhərində keçiriləcək 1-ci MDB Oyunlarının açılış mərasimində millimizin bayraqdarı müəyyənləşib.
"Football-plus.az"ın məlumatına görə, bayrağımızı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq.
Xatırladaq ki, idmançımız ötən həftə 67 kq çəkidə Rusiyanın digər şəhəri - Ufadakı gənclərin dünya çempionatının finalında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, yarış sentyabrın 4-dən 11-dək təşkil olunacaq.