Konfrans Liqasının "Aberdin" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransı keçirilib. Şotlandiya təmsilçisinin baş məşqçisi Stiven Qlass öz fikirlərini bölüşüb.
"Bütün diqqətimiz "Qarabağ"ı keçməyə yönəlib. Sabah axşam oyuna istədiyimiz kimi nəzarət edə bilərik. Futbolçular 90 dəqiqəyə hazırlaşır. Həyəcanlıyıq və oyunu səbrsizliklə gözləyirik. Sabahın xüsusi gün olacağını düşünürəm. İstəyimizi gerçəkləşdirsək, bizi nələrin gözlədiyini bilirik. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik".