Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatında sonuncu oyununu keçirib.
"Football-plus.az"ın məlumatına görə, Vüqar Əliyevin yetirmələri A qrupundakı beşinci sınağında Fransa ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 3:1.
Avropa çempionatı
A qrupu
Azərbaycan - Fransa - 1:3 (19:25, 28:26, 11:25, 18:25)
Qeyd edək ki, yığmamız A qrupundakı ilk dörd oyununda Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya 0:3 hesabı ilə uduzub. Voleybolçularımız qrupu sonuncu - 6-cı pillədə başa vurub.