Konfrans Liqasının "Makkabi" (Hayfa) - "Neftçi" oyunundan öncə mətbuat konfransı keçirilib. İsrail təmsilçisinin futbolçusu Boqdan Planiç görüş barədə fikirlərini bölüşüb.
"Ümid edirəm ki, cavab görüşündə də inamlı oynayacağıq və bu, qələbə üçün kifayət edəcək. Bu, həm bizim, həm də klub üçün vacib oyundu. Qrup mərhələsinə yüksəlmək üçün yaxşı imkanımız var. Yaxşı kollektivik. Yenidən tarix yaza bilərik. Hələ mövsümün əvvəlində öz aramızda bu barədə danışmışdıq. Beynəlxalq arenaya qayıtmağı çox istəyirik".