“Sözün açığı, bu cür oyuna belə itkilərlə gəlmək yaxşı hal deyil. Əsas heyətimizin 3 oyunçusu sabah yoxdu. Onların kimliyi hamıya bəllidi. Rəqibin nə qədər güclü olduğunu Bakıda gördük”.


Bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsində “Makkabi” ilə cavab oyunundan öncəki mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis bu qarşılaşmanın son şansları olduqlarını bildirdi:

“Makkabi” həddindən artıq keyfiyyətli oyunçulardan yığılıb. Onlar Konfrans Liqasının səviyyəsində deyil. Hücum xətti çox güclüdü. Topa sahib olmaları, texnikaları əsl komanda göstəricisidi. Rəqib ötən həftə kubok oyununda iştirak edib. Bizimlə oyundan sonra tərzlərində bir çox dəyişiklik ediblər. Oyundan-oyundan artırırlar. Bu sadaladığım amillərə müqavimət göstərməyə gəlmişik. Bu, son şansımızdı. Bakıda bu komandaya 3 qol vurduqsa, sabah da bacara bilərik. İnşallah, hər şey sabah bilinəcək”.


- Nikita Rukavitsa ilə müqavilə bağlamısız. Onu komandanıza götürməyinizə əsas səbəb nə oldu?
- Nikita Rukavitsa ilə müqavilə balamamışıq. Amma onunla danışıqlar gedir. Onun kimi bir neçə digər hücumçu ilə danışıqlar prosesindəyik. Bu informasiyanın hardan olduğunu bilmirəm. Nikita Rukavitsanın üzünü də görməmişəm. Agenti iıə danışıq aparırıq. Başqa da bir neçə futbolçu ilə əlaqə qurmuşuq. Uzağı bir həftə içində bu məsələlərə aydınlıq gələcək.

- İsrail mətbuatında “Neftçi”nin 3:1 önə keçdiyi anda mükəmməl futbol oynadığını və sabah da bunun baş verə biləcəyini yazır. Sabah da “Neftçi” İsrail mediasının “başını gicəlləndirə” biləcəkmi?
- İlk oyunun birinci hissəsindən də gözləntilərimiz çox idi. Təəssüf ki, əvvəldən planlarımız baş tutmadı. Fasilədən sonra hər şey yaxşı oldu. Sabah da bunu edə bilərik. Ancaq heyətlə bağlı baş sındırıcı itkilərimiz var. Xüsusilə Yusuf Lavalın yoxluğu ciddi itkidi. Bizi çox çətin oyun gözləyir. Belə möhtəşəm meydançada, azarkeşlərin qarşısında hər şey ola bilər. Güclü komandaya müqavimət göstərərək, yaxşı nəticə əldə etmək istəyirik.

- Bakıda 3 qol yetmədi. Sabah neçə top vurmaq lazımdı?
- Sabah oyunumuzu düzgün qurmalı, həddən artıq diqqətli olmalıyıq. Sabah ilk məqsəd top buraxmamaq olacaq. İlk oyunda rəqibə imkanlar verdik. Bunları aradan qaldırmalıyıq. Bildiyimiz hücumların qarşısını kəsə bilsək, yaxşı nəticə ilə qayıtmaq barədə nikbinik.

- İtkilərin fonunda heyəti formalaşdırmısızmı?
- İlk oyundan sonra variantları fikirləşməyə və məşqlərdə işləməyə başladıq. Təəssüf ki, arada “Zirə” ilə matç oldu, bu istiqamətdə tam hazırlaşa bilmədik. Heyətimiz təxminən bəllidi. Ancaq bunu açıqlamayacam. Rəqibi balansdan çıxara bilsək, məqsədimizə çatarıq.

- Müdafiə xəttiniz bu oyunun stresinə hazırdı?
- Hazırdı. Bütün futbolçular hazırdı. Səhvlər tək müdafiəçilərlə bağlı deyil. Bütün komandanın buraxdığı boşluqlardan qaynaqlanır. Əlimizdə olan futbolçuların hamısı bu stressə tam hazırdı.

- Çempionat oyununda gənclərə şans verdiz, əsas heyət üzvləri istirahət etdi. Bu, komandanızın yorğun üzvlərinə kömək oldumu?
- Həmin futbolçulara çox kömək oldu. “Makkabi” matçı bizim üçün çox ağır və stresli keçdi. Bəlkə də yorğunluqdan belə səhvlər etməyə başlamışdıq. Son oyunda gənclərin meydana çıxmasında məqsəd də o idi ki, yorğun futbolçularımıza istirahət verək.Harramiz Suares: “Birinci oyundakı kimi çətin oyun gözləyir. Baş məşqçimiz dediyi kimi burda da 3 qol vura vbilərik. Baxmayaraq ki, son dəqiqələrdə qələbəni əldən verdik. Bura uduzmağa gəlməmişik. Çalışacağıq ki, əlimizdən gələni edək, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Bakıya sərfəli nəticə ilə dönmək istəyirik”.

Son xəbərlər

“Bu cür klubdan və məşqçidən təklif gəlirsə...”

İşdə məhəbbət macərası...

Federer şərhçi olacaq

Komandalar 2023-ün təqvimindən narazıdı

Maksim Medvedevə mükafat təqdim edildi

Arum Coşua – Füri döyüşünün baş tutacağına inanmır

“Araz Naxçıvan”ın hazırkı heyəti premyer-liqanın bir neçə klubu ilə mübarizə apara biləcək gücdədi” - Vadim Abdullayev

Həmyerlimiz Rusiya premyer-liqasında təyinat aldı

Sarver “Finiks”i satışa çıxardı

Cinsi azlıqları təhqir etdi, 40 min ödəyəcək

Abasovun köməkçiləri müəyyənləşdi

"Araz Naxçıvan" Türkiyədə turnirə qatılacaq

“Zaqatala”nın pulunun bir hissəsi köçürülüb

“Şamaxı” azarkeşlərin istəyini yerinə yetirdi

Dembele “Barselona” ilə ÇL-i qazanmaq istəyir - MÜSAHİBƏ

Pasveer 39 yaşında dünya çempionatında oynaya bilər

“Qarabağ”ın rəqibində itki

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

Bütün xəbərlər