FİFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində avqustun 26-da Belçikada keçiriləcək “Gent” (Belçika) – “Rakuv” (Polşa) qarşılaşmasının baş hakimi həmyerlimiz olacaq. Ona Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.