“Neftçi” İsraildən yeni hücumçu ilə qayıdacaq.
“Football-plus.az” saytının məlumatına görə, “ağ-qaralar” 34 yaşlı Nikita Rukavitsanın transferində sona yaxınlaşıb. Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında sabah səfərdə “Makkabi”yə qonaq olacaq “Neftçi”nin Bakıya avstraliyalı hücumçu ilə dönəcəyi gözlənilir. Futbolçu İsraildə klub rəhbərliyi ilə görüşəcək. “Neftçi”nin Nikita ilə 2 illik müqavilə bağlayacağı gözlənilir. Onun mövsümlük qazancı 400 min avro olacaq.
Hücumçunun agenti məsələ ilə bağlı açıqlama verərək futbolçunun İsraildə yalnız "Makkabi"də oynaya biləcəyini söyləyib:
Qeyd edək ki, hazırda azad agent olan Rukavitsa ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl "Tvente", "Herta", "Maynts" və "Frankfurt"da top qovub.