Madrid “Real”ı futbolçusu ilə yeni müqavilə bağlayıb.
"Football-plus.az"ın məlumatına görə, Federiko Valverde ilə sözləşmənin müddəti uzadılıb. Uruqvaylı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Onun Madrid təmsilçisi ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər idi.
Qeyd edək ki, Valverde "Real"ın heyətində 75 matça çıxıb və 5 qol vurub.