Slovakiyanın paytaxtı Bratislavada “Slovak Aerobic Open” turniri keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, ölkəmizi böyüklər arasında Vladimir Dolmatov, Nurcan Cabbarlı, 15-17 yaş qrupunda Dilarə Qurbanova və 12-14 yaş qrupunda Məryəm Topçubaşova təmsil edib.
Ən yaxşı nəticəni son dünya çempionatının finalçısı olan Dolmatov göstərərək, fəxri kürsünün 2-ci pilləsində qərarlaşıb. Türkiyə və İndoneziya gimnastları uyğun olaraq 1-ci və 3-cü yeri tutublar.