Namik Ələskərovun transfer olunduğu “Bursaspor”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda “timsahlar”ın rəsmi saytı məlumat yayıb.
Türkiyə təmsilçisinin yeni baş məşqçisi Fatih Təkkə təyin olunub. O, bu postda Mustafa Əri əvəzləyib. 43 yaşlı mütəxəssislə “1+1” illik müqavilə bağlanıb.
Qeyd edək ki, Fatih Təkkə 1997-2007-ci illərdə Türkiyə millisinin şərəfini qoruyub. Sabiq hücumçu yığmanın heyətində 32 oyuna 9 qol vurub.