Yaponiyalı tennisçi Naomi Osakanın son aylarda üzləşdiyi problemlərdən xəbərdarsız.
O, mövsüm boyunca yaşadıqları ilə bağlı geniş açıqlama verib:
“Bu il mənim üçün çox qəribə alınır və əhval-ruhiyyəmə ciddi təsir edir. Hətta uduzanda da özümü qalib kimi hiss edirəm. Dünyada elə hadisələr baş verir ki, hər səhər yerdən qalxmağın özü də qələbədi. Jurnlalistlərlə niyə ünsiyyət saxlamamaq istəyimin səbəbləri haqda düşünmüşəm. Hesab edirdim ki, bu ünsiyyət qorxuludu. Çünki bəzən hansısa görüşdə məğlub olandan sonra artıq həmin tennisçi olmamağımla bağlı sərlövhələrə rast gəlirəm. Nəticədə qərara gəldim ki, özümü qalib kimi hiss etməliyəm. Korta çıxmaq və məhz mənə baxmaq üçün gələn tamaşaçılar qarşısında oynamaq artıq böyük nailiyyətdi. Ancaq hansısa məqamda bundan məmnunluq duymadım”.
Bildiyiniz kimi, psixoloji problemlər üzündən Fransa Açıq Çempionatından çəkilən Osaka avqustun 16-da keçirilən mətbuat konfransında həmkarımız Pol Dohertinin “KİV-in diqqətinə görə çox şey qazanmağınıza baxmayaraq, niyə media ilə ünsiyyəti xoşlamırsız” sualını eşidincə ağlamış və bir müddətdən sonra salona qayıtmışdı.