"Aberdin" "Qarabağ"la Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa itkilərlə çıxacaq.
Bu haqda komandanın baş məşqçisi Stiven Qlass Şotlandiya mətbuatına açıqlamasında deyib O, 2 oyunçusu - Rayan Heces və Endryu Korsidanın zədəli olduqlarına görə görüşdə iştirak edə bilməyəcəklərini bildirib.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22.45-də başlayacaq.