Azərbaycan premyer-liqasının 2-ci turunda "Qarabağ" doğma meydanda "Səbail"i məğlub edib - 3:0.
Görüşdən sonra mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev oyun haqda fikirlərini səsləndirdi:
“Qarabağ”ı təbrik edirəm, Konfrans Liqası oyununda uğurlar arzulayıram. Mtçla bağlı düşüncələrimiz var idi. Bəzi fikirlərimiz alındı, bəziləri yox. “Qarabağ”ın ustalıq səviyyəsi və ani diqqətsizlikdən istifadə bacarığı özünü göstərdi. İlk yarıda buraxdığımız qollar oyunun taleyini həll etdi. Ancaq yaxaladığımız qol epizodları var idi. Bu gün daha güclü komanda qalib gəldi. Bizim üçün ağır oyun idi. Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi. İnanıram ki, oyunumuzu daha da yaxşılaşdırıb xallar qazanacağıq. Fasilə yaranır, çempionata daha yaxşı hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq".