Gənclər arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, yunan-Roma güləşi üzrə 67 kq çəkidə mübarizə aparan həmyerlimiz Həsrət Cəfərov Rusiyanın Ufa şəhərində təşkil olunan mundialın finalında Sahak Ovanisyanla üz-üzə gəlib.
Pəhləvanımız erməni rəqibini 7:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Həsrət Cəfərovdan əvvəl bürünc medal görüşündə Özbəkistan təmsilçisi Şerməhəmməd Şaribcanovla üz-üzə gələn Nihat Məmmədli də qələbə qazanıb. 5:1 hesabı ilə qalib gələn təmsilçimiz dünya çempionatını 3-cü yerdə bitirib.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) bürünc medal qazanıb.