Azərbaycan premyer-liqasının 2-ci turunun oyunları keçirilir.
İlk oyunda "Qarabağ"la "sülh"ə razılaşan "Zirə" son çempion "Neftçi"ni qonaq edəcək. Qarşılaşma ilə bağlı fikirlərini öyrənmək üçün Tərlan Əhmədovla əlaqə saxladıq:
SƏNƏM FƏRHADOVA
Tərlan Əhmədov “Zirə” – “Neftçi” oyunu üçün heç-heçə dedi - AÇIQLAMA
" Bu oyunda möcüzə gerçəkləşəcəyinə inanmıram. "Neftçi" hazırda Konfrans Liqasının cavab qarşılaşmasını gözləyir. Futbolçular yorğundu. Çünki komanda 3 gündən bir meydana çıxmağa öyrəşməyib. "Zirə" isə heç-heçə oynamağa üstünlük verən komandadı. Ötən mövsümdə də, bu mövsümün ilk görüşündə də bunun şahidi olduq. "Zirə" daha çox müdafiəyə fikir verir və rəqiblərini əks-hücumda yaxalamağa çalışır. Bununla belə, müdafiəni nə qədər yaxşı qurmağa çalışsalar da, qol buraxırlar. Bizi maraqlı oyun gözləyir. Düşünürəm ki, hər iki komanda qələbə üçün meydana çıxsa da, oyun heç-heçə bitəcək".