MBA-nın sabiq müdafiəçisi Neyt Robinson bütün dövrlər üçün ən yaxşı start “5-liy”ini açıqlayıb.
Onun rəmzi yığması ilə tanış olaq: Lebron Ceyms (oyun qurucusu), Maykl Cordan (hücumameyilli müdafiəçi), Kobi Brayant (yüngül forvard), Kevin Qarnett (ağır forvard), Şakil О'Nil (mərkəz oyunçusu).
Xatırladaq ki, 2015-ci ilə qədər MBA-da oynayan Robinson “Nyu-York”, “Boston”, “Oklahoma-Siti”, “Qolden Steyt”, “Çikaqo”, “Denver” və “Klippers”in şərəfini qoruyub.