Azərbaycan premyer-liqasının 2-ci turunun oyunları keçirilir.
İlk oyunda "Zirə" ilə bərabərə qalan "Qarabağ", səfərdə "Sabah"ı məğlub edən "Səbail"i qonaq edəcək.
Qarşılaşma haqqında fikirlərini öyrənmək üçün Emin İmaməliyevlə əlaqə saxladıq:
"Bu qarşılaşmada favotit "Qarabağ" sayılır. Bunu da nəzərə alaq ki, Ağdam təmsilçsi Konfrans Liqası çərçivəsində "Aberdin"lə səfərdə üz-üzə gələcək. Ona görə də, düşünürəm ki, heyətdə dəyişikliklər olacaq. Amma "Qarabağ"ın öz oyun üslubu var. Hər matçda bunun şahidi oluruq. Topa daha çox nəzarət edirlər və yaxşı hücumlar qururlar. "Səbail" də mübarizə aparan komandadı. İnanmıram ki,"kohlən atlar" rahat qələbə qazansın. Bir sözlə, maraqlı oyun bizi gözləyir. "Dənizçilər" ilk oyunda qələbə qazandıqlarına görə, "Qarabağ"dan da xal almağa çalışacaqlar".
SƏNƏM FƏRHADOVA