"Barselona" ağır itki ilə üzləşib.
"Fooball-plus.az" saytının məlumatına görə, Kataloniya təmsilçisi İspaniya çempionatının 2-ci turunda "Atletik"lə üz-üzə gəlib.
Qarşılaşmanın 30-cu dəqiqəsində "Barselona"da məcburi əvəzlənmə baş verib. Müdafiəçi Xerard Pike zədələnərək meydanı tərk etməli olub.
İspaniyalı futbolçunun bərpa müddəti bu gün müayyinədən sonra məlum olacaq.