Bu mövsümdən “Bavariya”nı çalışdıran Yulian Naqelsmann klubdakı ilk gündən futbolçularla yaxşı münasibətlər qurmağa çalışır.
Baş məşqçi onlarla fərdi şəkildə çox ünsiyyət saxlayır.
34 yaşlı mütəxəssis bunun uğura aparan yolda vacib amil olduğunu düşünür. Naqelsmann oyunçuları məmnun edən qərar da verib. Gənc baş məşqçi onlara ev oyunlarından əvvəlki gecəni ailələri ilə birlikdə keçirməyə və səhər klubun bazasında görüşməyə icazə verib.
Qeyd edək ki, son illər futbolçular matçdan əvvəl gecəni oteldə keçirirdilər.