Lionel Messinin "Barselona"dan ayrılması qədər PSJ-yə keçidi də böyük maraq doğurur.
"Football-plus.az" saytının məlumatına görə, argentinalı ulduz futbolçunun Paris təmsilçisində geyinəcəyi "30" nömrəli forma 1 həftə ərzində 1 milyondan artıq satılıb.
Bununla da Messi əzəli rəqibi Ronaldonun rekordunu qırıb.
Qeyd edək ki, portuqaliyalı hücumçunun "Yuventus"a transfer olduğu zaman 1 gün ərzində 520 min forması satılmışdı. Messidə isə bu rəqəm 882 mindi.