"Real" Kilian Mbappe transferindən əl çəkmək niyyətində deyil.
"Football-plus.az" saytının məlumatına görə, İspaniya təmsilçisi PSJ-yə yeni təklif göndərib.
"Kral klubu" fransalı hücumçunun transferini bu yay həll etmək istəyir. "Real" Mbappe üçün PSJ-yə 170 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Madrid təmsilçisi əvvəl 130 milyon dəyərində müqavilə təklif etmişdi.