“Arsenal” birdən-birə iki aparıcı hücumçusunun xidmətindən məhrum olub.
Aleksandr Lyakazett ilə Pyer-Emerik Obameyanq koronavirusa yoluxublar.
London klubunun mətbuat xidmətinin məlumatına görə, hər iki hücumçu bir müddət əvvəl koronavirusa yoluxub və bu səbəbdən premyer-liqanın ilk turunun “Brentford”la səfər matçında (0:2) iştirak edə bilməyib. Obameyanqın yaxın günlərdə komandaya qoşulacağı bildirilib. Lyakazett isə hələ bir müddət bərpa kursu keçməlidi.
Yeri gəlmişkən, Londonu təmsil edən daha bir komandanın oyunçusu da koronavirusa yoluxub. COVID-19 testi müsbət çıxan yarımmüdafiəçi Kristian Pulişiç premyer-liqada sabah “Arsenal”a qarşı keçiriləcək paytaxt derbisində “Çelsi”yə kömək edə bilməyəcək.