“Qalatasaray”ın futbolçusu Markaonun cəzası bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, "Girəsunspor"la oyunda komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vuran və meydandan qovulan barzilyalı müdafiəçini Türkiyə Futbol Federasiyası 8 oyunluq diskvalifikasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Markao həm də 21 min türk lirəsi məbləğində cərimə edilib.