
Dünya futbolu
243
20.08.2021, 13:10
"Çelsi"nin kapitanının yeni klubu müəyyənləşib
"Çelsi"nin sabiq kapitanı Hari Keyhillin yeni klubu müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, 35 yaşlı futbolçu karyerasını "Bornmut"da davam etdirəcək. Tərəflər arasında 1 illik müqavilə bağlanılıb.
Keyhill ilə İtaliya klubları maraqlansa da, müdafiəçi premyer-liqada oynamağa üstünlük verib.
Qeyd edək ki, futbolçu 2010-18-ci illərdə İngiltərə millisinin formasını geyib və karyerası ərzində “Aston Villa”, “Bernli”, “Şeffild Yunayted”, “Bolton” və “Çelsi” kimi klublarda çıxış edib.