Azərbaycanda uşaq futbolunun problemləri: Sağlam təməllər üzərində sağlam bina... Olacaqmı?
7-ci yazı


Azərbaycanda uşaq futbolunun problemlərinə həsr olunmuş layihə çərçivəsində araşdırmanı davam etdiririk. Həyata keçirdiyimiz bu layihə vasitəsiylə uşaq futbolunun problemlərini arışdırır, dünənimizə və bugünümüzə baxır, uğurlu sabahımız üçün mütəxəssislərin rəyini öyrənirik. Ötən yazıda Qəbələ Futbol Akademiyası barədə söz açmış, əyalətdəki uşaq futbolunun dünəni, bugünü və sabahı ilə bağlı akademiyanın meneceri Nail Kərimovla söhbətləşmişdik. Yenə də nəzərlərimizi bölgəyə çevirmişik. Bu dəfə Tovuzdan, daha doğrusu, “Turan Tovuz” Futbol Akademiyasından söhbət açacağıq.

Bu ilin yanvarında Tovuzda “Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi keçirildi. AFFA prezidenti Rövnəq Abdullayevin də qatıldığı mərasimdə məlumat verildi ki, akademiyada 70 nəfərlik 11 otaq var. Bundan başqa, akademiyanın binasında əsas komanda üçün 16 otaq, 2 restoran və 2 mətbəx, fitnes, sauna, paltardəyişmə otaqları, eləcə də digər zəruri infrastruktur yaradılıb. Artıq “Turan Tovuz” Futbol Akademiyasına seçimlər də aparılır. Əvvəlcə 14-15 yaşlı futbolçuların seçimlərinə start verilib. Ölkəmizin müxtəlif bölgələrindən gələn futbolçuların sınağı 3 gün çəkib. Növbəti mərhələdə 12-13 yaşlı futbolçuların seleksiyasının aparılması planlaşdırılır. Həm bu seçimlər, həm də akademiyada görülən işlər ilə bağlı “Turan Tovuz” Futbol Akademiyasinin əlaqələndiricisi Adil Şükürovla söhbətləşdik.

- Adil bəy, “Turan Tovuz” futbol akademiyasının bugünkü vəziyyəti necədi? Akademiyada işləmək, daha doğrusu, futbolçu yetişdirmək üçün hansı imkanlar mövcuddu?
- Şəraiti bir sözlə ifadə edəsi olsam, mükəmməl adlandıra bilərəm. Bizə qalan bu imkanlardan yararlanmaq, Azərbaycan futboluna fayda vermək, millilərimiz üçün futbolçu yetişdirməkdi. “Turan Tovuz” Futbol Akademiyası fəaliyyətə başladığı dövrdən fəaliyyət proqramı hazırlanıb. Bütün məşqçi heyətiylə ilk işimiz yaxın rayonlardan istedadlı uşaqları üzə çıxarmaqdan, onları akademiyamıza cəlb etməkdən ibarət olub. Siz də yaxşı bilirsiz ki, futbolçuların düzgün inkişafı üçün onların müasir futbolun incəliklərini bilən məşqçilərin nəzarətində olması vacibdi. Mütəxəssislərin hazırlığı üçün AFFA akademiyamızda C kateqoriyası üzrə kurs təşkil etdi. Çox sevindirici haldı ki, akademiyamızda çalışan məşqçilər bu kursları uğurla bitirdi. Akademiymızda gənc futbolçuların inkişafı üçün, demək olar ki, bütün şərait mövcuddu. Futbolçuların istər texniki, istərsə də taktiki inkişafı üçün akademiyamızda yeni meydançalar da var, bu da eyni anda 2-3 fərqli yaş qrupunun məşq etməsinə imkan verir.

- Sosial şəbəkələrdəki paylaşımlardan gördüyümüz qədəriylə hazırda akademiyaya seçim aparılır. Bu seçimin hansı xüsusiyyətləri olacaq? Seçilən uşaqların akademiyada məskunlaşması üçün hansı şərait yaradılacaq?
- Əvvəlcə onu bildirmək istəyirəm ki, bugünlərdə keçirdiyimiz seçimlər artıq ikinci mərhələ idi. Bu seçimlərin birinci mərhələsi iyinda oldu. İlkin mərhələdə seçimlərə 100-ə yaxın uşaq qatıldı. Özü də onlar Azərbaycanın, demək olar ki, bütün regionlarını təmsil edirdilər. İlkin mərhələdə seçimlər bir neçə gün davam etdi. Sevindirici haldı ki, bu seçimlərə qatılan uşaqların yarıdın çoxu akademiyamızda 2-3 gün yaşayaraq məşqlərə qatıldı. Bunu da etməkdə məqsədimiz seçimlərə qatılan uşaqları daha diqqətlə izləmək idi. Klub rəhbərliyi seçimlərə qatılan uşaqların akademiyada rahatlığı üçün bütün şəraiti yaratdı. Buna görə bütün imkanlarımızı səfərbər etdik. Tovuzda futbola sevgini hiss etməmək mümkün deyil. Demək olar ki, akademiyamızda seçimlər gedən müddətdə klubun sadiq azarkeşləri bu seçimləri izləyirdilər. Azarkeşlərin ən böyük istəyi də odu ki, akademiyamızdan yeni Cavid Hüseynov, Nadir Nəbiyev, Nizami Sadıqov çıxsın, istedadlıları inkişaf etdirib, Azərbaycan futboluna qazandıraq. Bunun üçün də akademeya ilə əsas komandanın vəhdətini təşkil etmək lazımdı. Bu işdə azarkeşlərimizin bizə dəstəyi vacibdi. Onlar da bunu bilir. Sizin də qeyd etdiyiniz kimi, artıq akademiyadakı seçimlərin ikinci mərhələsinə start vermişik. Birinci mərhələdə seçilən 40 nəfər 2005, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqları bir daha gözdən keçiririk. Eyni zamanda yeni müraciətləri də qəbul edirik. Bu mərhələdə əsas məqsəd seçilmiş uşaqların real şəkildə müxtəlif yaş qruplarındakı futbolçularımızla müqayisə etməkdi. Bizim gözləntilərimiz özünü doğrultdu. Seçilənlərdən bəziləri komanda daxilindəki məşqlərdə özünü göstərə bilmədilər. Bizim üçün bu gözlənilməz olmadı. Azyaşlı uşaqlar yeni mühitə düşəndə bir qədər özlərini itirirlər. Həmin uşaqlar akademiyada daha çox vaxt keçirdikcə bu cür psixoloji problemləri də arxada qoyacaqlar.

- Akademiyada futbolun sirlərini öyrənəcək uşaqların təhsil problemi necə həll ediləcək? Onlar orta təhsilini də davam etdirəcəkmi?
- Bildiyiniz kimi, bu yaşda uşaqların təhsilinə davam etməsi vacibdi. Akademiyanın strukturu da belədi ki, orda futbolla məşğul olanlar birmənalı şəkildə orta təhsilə də davam edirlər. Biz klub olaraq bütün bunları nəzərə almışıq. Yaxınlıqda yerləşən orta məktəblərin biriylə əlaqə qurmuşuq, sənələşmə işlərinə də start vermişik. Seçimlərdə fərqlənib, akademiyaya qəbul olunan uşaqlar həmin məktəbdə oxuyacaqlar. Əlavə olaraq, klub akademiyasına cəlb etdiyimiz uşaqlar gələcəkdə savadlı olsunlar deyə, əlavə məşğələlər, kurslar da keçəcəyik. Bu çox vacibdi. Çünki illərboyu çəkilən zəhmət boşa getməməlidi. İstedadlı futbolçuları itirməmək üçün fəaliyyətimizi düzgün qurmalı, onlara qarşı diqqətli olmalıyıq. Bunda israrlıyıq.

- Artıq bir müddətdi bu işin içindəsiz. Uşaq futbolunun əsas problemi kimi nələri görürsüz?
- Dəfələrlə qeyd etdiyimiz kimi, ən başlıca səbəb klublarımızın uşaq futboluna ciddi yanaşmaması, istedadların yetişməsi üçün məşqçilərə şərait yaradıb, yetərincə vaxtın verilməməsidi. Demək olar ki, bütün klublar nəticə, mükafat qazanmaq üçün oynayır. Bu da öz növbəsində məşqçilərin gənc futbolçular əvəzinə təcrübəlilərə üstünlük verməsinə səbəb olur. Nəticədə gənc futbolçular inkişaf edə bilmir, özlərini təsdiqləmədən bu sahədən uzaqlaşırlar. Fikrimsə, uşaq akademiyalarının sayı artdıqca, bu sahəyə sistemli yanaşıldıqca problemlər də azalacaq.

İLKİN SULTANLI

Adil Şükürov: “Turan Tovuz” akademiyasına cəlb olunan uşaqların təhsil məsələsi də diqqətimizdə olacaq”


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Son xəbərlər

“Adana Dəmirspor”un prezidenti: “Çıxıb adam kimi oynayacaqlar”

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli oldu

"Komanda inkişaf edir" - Canni De Byazi

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

"Bu oyunda çox zəif oynadıq" - Maqomed Adıyev

Millimizin tarixində ilk!

Millimiz 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

“Neftçi” AFFA-dan xəbər gözləyir

Baqa “Sumqayıt”dan təzminat almayıb

Rabyoya daha bir müştəri

Qazaxıstanı ud, Avropa çempionatında iştirak şansı qazan! - KÖŞƏ

İdmançımız birinci oldu

Keytaya yeni təklif

"Qəbələ" - "Hayduk" matçının hakimləri müəyyənləşdi

Federasiya prezidenti idmançılarla görüşdü

Əməliyyatdan imtina etdi

Bernat PSJ-dən ayrılmağa yaxındı

“Barselona”da ciddi itkilər

“Yuventus”da istefa gözlənilir?

Sulşer ilə Ranqnik MY-ni xərcə salıblar

Azarkeşlər prezidenti istefaya çağırdılar

Fransa klubu cəzalandı

Bir ay oynamaya bilər

Sabah hər şey bəlli olacaq – Ya Tsaxadadze, ya da...

Milli formada 88 qola çatdı

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirəcəyi tarix məlumdu – ÖZƏL

Dzeko "İnter"dən ayrıla bilər

“Kəpəz” yenə çalxalanır - ÖZƏL

"İnter" "Barselona"nın yetirməsini istəyir

İspaniyanın 18 illik seriyası qırıldı

9 ilin ən böyükhesablı qələbəsi

Millimizin Qazaxıstanla görüş üçün iştirak ərizəsi

Ronaldo zədələndi

Mahmud Qurbanov iki legioneri niyə əvəzedicilərə "sürgün edib"? - AÇIQLAMA

"Belə şeylər etsək, böyük komanda qura bilmərik" - Canni De Byazi

"Mançester Yunayted" De Xea ilə müqavilə müddətini uzatdı

Ukrayna Ermənistanı darmadağın etdi

"Qazaxıstanın liderliyi gözlənilməz oldu" - Emin Mahmudov

"De Byazi futbolçularıma hörmətsizlik etdi" - Qazaxıstanın baş məşqçisi

"Azərbaycanın "Qarabağ" kimi güclü klubu var" - Qazaxıstanlı futbolçu

Türklər yığmamızı darmadağın etdi

"Qrup mərhələsini qələbə ilə başa vurmaq istəyirik"

"Oyunun necə keçəcəyini görəcəyik" - Qazaxıstanın futbolçusu

“Qarabağ” UEFA-nın maliyyə sıralamasında irəliləyib

''Qaçmayan futbolçuya görə pul xərcləmərəm''

Bütün xəbərlər