Mahir Emreli Polşa “Legiya”sının rəsmi saytına açıqlama verib.
24 yaşlı hücumçu Avropa Liqasında qarşılaşdıqları “Slaviya” ilə Çexiyadakı görüşü (2:2) şərh edib:
“Mənim üçün şans qazanmaq və fərqlənmək çox vacib idi. Bu günkü qarşılaşma heç də az önəm daşımırdı. Lakin hələ heç nə həll olunmayıb. Varşavada cavab oyunu var. Hər kəs 100 faiz köklənməlidi. Klubumuzda hər kəs Avropa Liqasına düşməyimizi gözləyir. Uzun müddətdi, düşünürəm ki, 4 ildir qrupa düşmürük. Buna görə də xəyalımız uğrunda mübarizə aparmalıyıq. İnanın ki, çox çətin olacaq. Cavab oyununa yaxşı hazırlaşmalı, ilk qarşılamanı və nəyi daha da yaxşılaşdıra biləcəyimizi analiz etməliyik. Bu gün bir komanda oynamaq istəyirdi. Digəri isə müdafiə olunur və əks-hücum imkanları gözləyirdi. Topla çox oynadıqda qol vurmaq vacibdi. Xoşbəxtik ki, bu gün 2 qol vura bildik. Görüşün özü çox maraqlı alındı. İndi Varşavada qalib gəlmək üçün hər şey etməliyik. Cavab matçında asan olmayacaq. İlk oyunda da bunu gördük. Yenə ağır sınaq olacaq. İnanıram ki, qrup mərhələsinə düşə biləcəyik”.