Avrokubokların pley-off mərhələsinin oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, baş tutan qarşılaşmalar cədvəldə bir sıra dəyişikliklərə səbəb olub.
Azərbaycan hesabına daha 0,375 əmsal yazdırıb. Bunun 0,250-si “Aberdin”i məğlub edən “Qarabağ”ın, 0,125-i “Makkabi” ilə heç-heçə edən “Neftçi”nin payına düşür.
Bununla da ölkəmizin cari mövsümdəki qazancı 1,875-ə çatıb.
Bununla belə Azərbaycanın siyahıda mövqeyi dəyişməyib və 30-cu sırada qalıb. Lakin Sloveniyaya çatmaq mümkün olub, amma əlavə göstəricilərə görə, balkanlılar 29-cu sıradadı.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir.