
"Qolların vurulduğu 17 dəqiqə ərzində meydanda yalnız "Neftçi" var idi" - "Makkabi"nin baş məşqçisi
Konfrans Liqasının pley-offunun ilk oyununda "Neftçi" Hayfa "Makkabi"si ilə oyunda heç-heçə edib - 3:3.
Qarşılaşmadan sonra mətbuat konfransında İsrail təmsilçisinin baş məşqçisi Barak Bakar görüş haqda fikirlərini bildirdi:
- Hesabı açdıqdan sonra “Neftçi”dən belə geridönüş edəcəyini gözləyirdiz?
- Oyundan əvvəl də rəqibin güclü komanda olduğunu demişdim. Bərabər səviyyəli komandalar oynayırdı. “Neftçi”nin birinci qolu sadəcə fantastik idi. Bundan sonra rəqib futbolçuların özünəinamı artdı və daha yaxşı oynayıb, 2 qol vurdular. Sonradan biz topralandıq. Bu amilləri nəzərə aldıqda, nəticənin bizi qane etdiyini söyləyə bilərəm.
- “Neftçi”nin ən hərəkətli futbolçularından biri Sabir Buqrin idi. O, Mərakeş millisinə də dəvət alıb. Yəqib ki, barəsində xüsusi qeydləriniz var...
- Mərakeş millisinə çağrılıbsa, deməli, çox güclü futbolçudu. Bu gün də meydanda özünü göstərdi. Mərakeş millisinin həmişə yaxşı futbolçuları olur. Buqrin də istisna deyil. Yusuf Laval fantastik oyun göstərdi. Emin Mahmudov da əla çıxış etdi. Qolların vurulduğu 17 dəqiqə ərzində meydanda yalnız bir komanda – “Neftçi” var idi.
- Cavab matçında “Neftçi” həmin 17 dəqiqədəki kimi oynasa, rəqibin qarşısını necə kəsəcəksiz?
- Əsas məqsədimiz qrup mərhələsinə çıxmaqdı. Biz hər şeyə hazırıq. Nə “Neftçi”, nə “Makkabi” İsraildəki matçda dincələcək. Bütün fikrimizi həmin görüşə yönəltmişik.